Zaxarova: “ATƏT-in Minsk Qrupunu bütün institutları ilə birlikdə bərpa etmək olmaz”

Zaxarova: “ATƏT-in Minsk Qrupunu bütün institutları ilə birlikdə bərpa etmək olmaz”

Hazırda oxunan: Zaxarova: “ATƏT-in Minsk Qrupunu bütün institutları ilə birlikdə bərpa etmək olmaz”

240331

“ATƏT-in Minsk Qrupu (onun həmsədrləri Rusiya, ABŞ və Fransadır) bütün institutları ilə beynəlxalq danışıqlar formatı kimi bərpa edilə bilməz”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib.
 

“Bunun bütün strukturları, ümumiyyətlə, Minsk Konfransı, Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu və Dağlıq Qarabağ nizamlanması üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi sədri vəzifəsini desək, onlar ləğv edilməlidir”, - diplomat bildirib.


O vurğulayıb ki, bununla bağlı qərar qəbul etməyin optimal yolu “bu qurumların ləğvi ilə bağlı Bakı və İrəvanın birgə təklifidir”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, Ermənistan, Azərbaycan, Aİ və Fransanın iştirakı ilə keçirilən sammitin yekunu üzrə Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb.

“2022-ci il oktyabrın 6-da Praqada’sas danışıqlar oldu. Digər məsələlərlə yanaşı, 2023-cü ilin sentyabrında yer üzündə vəziyyət kəskin şəkildə dəyişdi”, - Zaxarova qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO