Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin dövlət qurumlarına Rusiya ilə münasibətləri bərpa etməyi tapşırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Nəşr iddia edir ki, baş nazir dövlət idarələrinə rusiyalı həmkarları ilə əlaqələri və təmasları bərpa etməyi və son geosiyasi dəyişikliklərlə əlaqədar birgə tədbirlərdə fəal iştirak etməyi tapşırıb.
Nəşr Paşinyanın bu addımının Rusiyanın regionda mövqelərini gücləndirməsi ilə əlaqəli olduğunu iddia edir.
Bundan əlavə, Ermənistanın hakim “Mülki müqavilə” partiyası Nikol Paşinyanın Rusiyaya səfərini gözləyir.
Xatırladaq ki, martın 14-də Kreml Ermənistanın baş nazirinin mayın 9-da Moskvada keçiriləcək bayram tədbirində iştirakını təsdiqlədiyini bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:52 / 20.03.2025
Paşinyandan “U DÖNÜŞÜ” – İndi də Rusiya ilə münasibətləri düzəltməyə çalışır
Hazırda oxunan: Paşinyandan “U DÖNÜŞÜ” – İndi də Rusiya ilə münasibətləri düzəltməyə çalışır
Hazırda oxunan: Paşinyandan “U DÖNÜŞÜ” – İndi də Rusiya ilə münasibətləri düzəltməyə çalışır
240254
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.