“Kiyev Trampın Ukrayna nüvə stansiyalarına nəzarət ideyasını qeyri-real hesab edir”.
Bizim.Media xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti yazıb.
“Ukraynalı enerji ekspertləri hesab edirlər ki, ABŞ prezidenti Donald Trampın Ukraynanın atom elektrik stansiyalarını ABŞ-ın nəzarətinə keçirmək ideyası real deyil.
Tramp və Zelenski arasında telefon danışığı zamanı Amerika prezidenti ABŞ-ın Ukrayna elektrik stansiyalarına nəzarət edə biləcəyi fikrini irəli sürüb. Bu, ukraynalı energetika ekspertlərinin həyata keçirilə bilməyəcəyini söylədiyi yeni ideya idi”, - nəşr yazır.
“The Wall Street Journal” isə məlumat yayıb ki, Zelenski Rusiyanın nəzarətində olan ərazilərdə yerləşməsinə baxmayaraq, Zaporojye AES-i Amerika paytaxtına təhvil verməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, martın 19-da Zelenski Trampın Ukraynadakı münaqişə tərəflərinin enerji obyektlərinə hücumları dayandırmaq təklifi ilə razılaşıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:40 / 20.03.2025
KİV: Ukrayna atom elektrik stansiyalarını ABŞ-a təhvil verə bilər
Hazırda oxunan: KİV: Ukrayna atom elektrik stansiyalarını ABŞ-a təhvil verə bilər
Hazırda oxunan: KİV: Ukrayna atom elektrik stansiyalarını ABŞ-a təhvil verə bilər
240229
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.