"Napoli" yay transfer pəncərəsində heyətini 8 yeni futbolçu ilə gücləndirmək istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
Neapol təmsilçisinin rəhbərliyi yeni qapıçı, cinah müdafiəçisi, 2 mərkəz müdafiəçisi, mərkəz yarımmüdafiəçi və PSJ-yə keçən Xviça Kvaratsxeliyanı əvəz etmək üçün bir və ya iki vinger transfer etmək niyyətindədir.
Həmçinin klub hücumçusu Romelu Lukaku üçün də əvəz tapmaq istəyir.
Qeyd edək ki, "Napoli" İtaliya A Seriyasının turnir cədvəlində 61 xalla 2-ci yerdədir. Lider "İnter"in 64 xalı var.
Bizim.Media