Türkiyədə dollar rekord şəkildə qalxdı

Türkiyədə dollar rekord şəkildə qalxdı

Hazırda oxunan: Türkiyədə dollar rekord şəkildə qalxdı

24020

Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün, noyabrın 16-da nağd valyuta bazarında 3,30 lirə səviyyəsini ötüb. "Report" xəbər verir ki, hazırda məzənnə 3,3120 TRY/USD-yə bərabərdir. Buna səbəb kimi, dolların qlobal valyuta bazarında güclənməsi fonunda Çin yuanı da daxil olmaqla inkişaf etməkdə olan bütün dünya valyutalarının ucuzlaşması amili göstərilir. 
Dünən, noyabrın 15-də Boston Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Erik Rosengren uçot dərəcəsinin artırılmasının qarşısını ancaq çox önəmli mənfi xəbərin ala biləcəyini bildirib. Nəticədə, dolların möhkəmlənməsi davam edib.
"Report"un analitik qrupu dolların məzənnəsinin Türkiyədə ilin sonuna qədər 3,40-3,45 TRY/USD-yə qədər arta biləcəyini proqnozlaşdırır: "2017-ci ilin mart ayına qədər isə məzənnə 3,80 TRY/USD-yə çata bilər. Buna səbəb ABŞ-da uçot dərəcəsinin artması fonunda bütün dünyada sərbəst kapitalın dollar istiqrazlarına yönəldilməsi amili olacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO