“Allahın izni ilə vətəndaşların halal tikəsinə tamah edənlərin nəfsini cilovlamağa davam edəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fermerlərlə birgə iftar proqramında deyib.
Dövlət başçısının sözlərinə görə, Türkiyə tərəvəz və meyvə istehsalına görə dünyada 4-cü yerdədir:
“Kənd təsərrüfatı dövrü bitdi” ittihamı ilə şərlənən Türkiyə bu gün kənd təsərrüfatı məhsullarının həcminə görə Avropada lider, dünyada isə 8-ci yerdədir. Yumurta istehsalına görə Avropada ikinciyik. Bunlar bizim aqrar sektorumuzun uğurlarıdır, müxalifət bunu təhriflərlə gizlətməyə çalışır.
Biz 85 milyonun sülhü üçün çalışırıq. Bunlar bizim aqrar sektorumuzun müxalifətin gizlətməyə çalışdığı reallıqlarıdır. Onlar yenə də bir yalan taparlar. Ölkəyə müxalif olanlara nə desək, faydası yoxdur.
Nazirliyimiz vətəndaşlara imitasiya məhsulları təklif edənlərə qarşı yoxlama kampaniyasına başlayıb. Saxta məhsullar aşkarlanaraq dərhal KİV-də dərc olunur. Süni bahalaşma ilə mübarizəmiz səngimədən davam edir”.
Bizim.Media