Britaniya Fərhad Əhmədova qarşı sanksiyaları LƏĞV ETDİ

Britaniya Fərhad Əhmədova qarşı sanksiyaları LƏĞV ETDİ

Hazırda oxunan: Britaniya Fərhad Əhmədova qarşı sanksiyaları LƏĞV ETDİ

240153

Böyük Britaniya Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovu sanksiya siyahısından çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Maliyyə Sanksiyalarının Həyata keçirilməsi İdarəsinin (OFSI) yaydığı məlumatda bildirilib. 

Məlumata görə, F.Əhmədovun aktivləri daha dondurulmuş hesab edilmir.
 

Xatırladaq ki, milyarder 2023-cü ilin sentyabrında Avropa İttifaqının sanksiya siyahısından çıxarılmışdı. O, 2022-ci il aprelin 8-də sözügedən siyahıya daxil edilmişdi.


Sanksiyaya səbəb kimi sahibkarın Kremlə yaxınlığı, Rusiya iqtisadiyyatının aparıcı sektorlarında işləməsi göstərilirdi. Bununla yanaşı, F.Əhmədov 2024-cü ildə Avropa İttifaqı Şurasına məhkəmədə qalib gəlmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO