ABŞ artıq İrana qarşı hərbi tədbirlərə start verib. Belə ki, ABŞ Qırmızı dənizdə İranın ən yeni kəşfiyyat gəmisi olan "Zaqros"u batırıb.
Xatırladaq ki, ABŞ Prezident Donald Tramp fevralın 5-də ABŞ-nin İrana maksimum təzyiqini bərpa edən fərman imzalayıb. Martın əvvəlində isə Tramp İran dini liderinə məktub yazaraq onu nüvə məsələsində danışıqlara dəvət edib.
Tramp məktubunda bildirib ki, tezliklə danışıqlara başlamalıyıq, əgər danışıqlar yolu ilə razılaşmasaq, hərbi yola əl atacağıq:
“Bu da sizin üçün dəhşətli nəticələr verəcək". Lakin İranın dini lideri bu danışıqları rədd etdi.
Görəsən, İrana qarşı ABŞ-la İsrailin savaşı başlaya bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, İran ətrafında yaşanan proseslər Tehranın zəiflədilməsinə doğru gedəcək. Bunun əsasında, İran daxilində hansısa proseslərə də start verilə bilər:
“ABŞ Prezidenti Donald Tramp dünən rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında bildirdi ki, İranın güclənməsinə imkan vermək olmaz və onun İsraili sıradan çıxarmaq istəklərinin qarşısı alınmalıdır. O həmçinin, ardınca İrana qarşı ciddi tədbirlərin görüləcəyini də istisna etmədi. Buna tərəflər arasında savaşın başlanması kimi baxmaq olmaz. Amma istənilən halda İrana qarşı hansısa daha sərt addımların atılacağı gözləniləndir. Tramp hələ birinci prezidentliyi dönəmində də İrana qarşı ən sərt sanksiyaların təşəbbüskarı olub. Bu mənada onun indiki halda İrana qarşı ciddi addımlar atacağı gözləniləndir”.
Həmsöhbətimizin fikrincə, Suriyada baş verən proseslər İranda da təkrarlana bilər:
“İstənilən halda proses İranın zəiflədilməsinə doğru gedəcək. Bu əsasda da İran daxilində hansısa proseslərə də start verilə bilər. Hətta Suriyada baş verən proseslərin İranda təkrarlanması ehtimalı da kifayət qədər böyükdür”.
A.Əlizadə düşünür ki, Trampın İranla bağlı hansı addımlar atacağı yaxın zamanlarda bəlli olacaq:
“Hər halda İranla bağlı Trampın hansı addımlar atacağı, aktiv hərbi fazaya keçilməsinə üstünlük verib-verməyəcəyi yaxın zamanlarda bəlli olacaq. Yalnız onu demək olar ki, İrana qarşı ABŞ-ın siyasəti bir qədər də sərtləşəcək”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Dünya
09:00 / 21.03.2025
ABŞ Tehrana qarşı planını AKTİVLƏŞDİRDİ – “Suriya ssenarisi İranda da TƏKRARLANA BİLƏR”
Hazırda oxunan: ABŞ Tehrana qarşı planını AKTİVLƏŞDİRDİ – “Suriya ssenarisi İranda da TƏKRARLANA BİLƏR”
Hazırda oxunan: ABŞ Tehrana qarşı planını AKTİVLƏŞDİRDİ – “Suriya ssenarisi İranda da TƏKRARLANA BİLƏR”
240139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.