"Bomj” bir neçə gün başqasının pasportu ilə oliqarx kimi yaşayıb - FOTO

"Bomj” bir neçə gün başqasının pasportu ilə oliqarx kimi yaşayıb - FOTO

Hazırda oxunan: "Bomj” bir neçə gün başqasının pasportu ilə oliqarx kimi yaşayıb - FOTO

240064

Rusiyanın Rostov-na-Donu şəhərində evsiz bir şəxs (“bomj”) avtobus dayanacağında yad şəxsin pasportunu taparaq onun bank hesabından bir milyon rubldan çox pul çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə KP.RU yazıb.

Belə ki, müəyyən yaşayış yeri olmayan 49 yaşlı Oleq adlı kişi avtobus dayanacağında birinin unutduğu kurtkanı tapıb. Onun cibində Valerinin adına pasport olub. Oleq pasport sahibini tapmağa belə cəhd etməyib və böyük bir bankın filialına gedib, özünü Valeri kimi təqdim edərək onun hesabından 200 min rublu uğurla çıxarıb.
 

Qısa müddətdən sonra o, daha 945 min rubl çıxarıb. Üstəlik, bank işçisi pasportdakı foto ilə müştərinin əsl görünüşü arasındakı fərqə diqqət çəkib.


O isə cavab verib ki, insultdan sonra saqqal buraxıb və gözünün altı şişib.

Pul əldə edən Oleq əylənməyə başlayıb. O, oteldə nömrə tutaraq oğurladığı pulları spirtli içkilərə və qızlara xərcləyib.

“Valeri” bu ərəfədə xəsis olmayıb, oteldə qulluqçulardan birinə 100 min rubl, taksi sürücüsünə isə 40 minə yaxın pul verib.

Otel işçisinin dediyinə görə, bir neçə günlük qaldığı müddətdə o, 544 min rubl xərcləyib.

Pul bitdikdən sonra dələduz yenidən banka getsə də, şübhəli əməliyyatlara görə hesablar bağlanıb. Buna baxmayaraq, kişi bəxtini sınamaq qərarına gəlib və ertəsi gün başqa şöbəyə gedib. Bu zaman məlum olub ki, “Valerinin” pasportu itmiş kimi qeyd edilib və onun əsl sahibi artıq yeni sənəd alıb. Həmin şəxs birbaşa bankda tutularaq nəzarətə götürülüb. Lakin real hesab sahibinin hesabları sığortalandığı üçün heç bir zərər görməyib.

Nəticədə “bomj” məhkum edilib və dələduzluqda təqsirli bilinib. O, dörd il yarım xüsusi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkəcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO