Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, təxminən 3 saata yaxın davam edən danışıqların yekununda liderlər müəyyən razılığa gəliblər.
Trampın Ukryana ilə 30 günlük atəşkəs rejiminin tətbiqi təşəbbüsü kontekstində Rusiya prezidenti bütün təmas xətti boyunca mümkün atəşkəsə effektiv nəzarətin təmin edilməsi, Ukraynada məcburi səfərbərliyin dayandırılmasının zəruriliyi və Ukrayna Silahlı Qüvvələrinin xaricdən silah təchizatı ilə bağlı bir sıra mühüm məqamları qeyd edib.
Putin Ukraynadakı vəziyyəti dayanıqlı şəkildə həll etmək yolları üzrə ABŞ ilə birgə işləməyə hazır olduğunu ifadə edib. Liderlər dünyada sabitlik üçün ortaq məsuliyyət fonunda ikitərəfli münasibətlərin normallaşdırılmasının tərəfdarı olduqlarını bildiriblər.
Onlar əməkdaşlığın qurulması mümkün olan "geniş sahələri", iqtisadiyyat və enerji sektorunda əməkdaşlıq üçün bir sıra ideyaları müzakirə ediblər.
Tramp Putinin milli komandalar arasında xokkey matçlarının təşkili ideyasını dəstəkləyib. Dövlət başçıları bütün məsələlərdə əlaqə saxlamaq barədə razılığa gəliblər.
Bizim.Media