Qazaxıstanda qayda pozan sürücü cərimələndikdən sonra süni intellektin köməyi ilə məhkəməyə müraciət edib.
Bizim.Media xəbər verir ki, süni intellektin yazdığı şikayət ərizəsi əsasında məhkəmə qərarı sürücünün xeyrinə ləğv edib.
Belə ki, Almatı şəhərində sürücü xətti keçdiyinə görə cərimələnib. Lakin qabaqdakı yük avtomobili kəsişmədə dayanıb hərəkətə mane olduğuna görə minik maşınının sürücüsü qaydanı pozmağa məcbur olub.
Polis sürücünün bu əsaslandırmasını rədd edib. Bundan sonra həmin şəxs “ChatGPT”yə müraciət edib və məhkəməyə təqdim etmək üçün şikayət hazırlamağı istəyib. Sürücünün bu üsulu işə yarayıb və cərimə ləğv edilib.
Hazırda o, mülki məhkəmədə mənəvi zərərin ödənilməsini tələb edəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:30 / 18.03.2025
Qayda pozan sürücü "ChatGPT" sayəsində cərimə ödəməkdən xilas oldu – VİDEO
Hazırda oxunan: Qayda pozan sürücü "ChatGPT" sayəsində cərimə ödəməkdən xilas oldu – VİDEO
Hazırda oxunan: Qayda pozan sürücü "ChatGPT" sayəsində cərimə ödəməkdən xilas oldu – VİDEO
239929
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.