İsraildə məhkəmə ölkənin Baş naziri Benyamin Netanyahu ilə bağlı planlaşdırılan məhkəmə iclasını ləğv edib. Buna səbəb Qəzza sektorunda döyüş əməliyyatlarının yenidən başlamasıdır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İsrailin "Ynet" portalı yayıb.
Planlaşdırılan iclasda məhkəmənin baş nazirin ifadələrini dinləyəcəyi gözlənilirdi.
Xatırladaq ki, martın 18-də İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza sektorunda HƏMAS hərəkatına məxsus terror obyektlərinə genişmiqyaslı zərbələr endirdiyini bildirib. Netanyahunun Ofisi İsrailin anklavın ərazisində HƏMAS-a qarşı hərbi əməliyyatları yenidən başlatdığını bəyan edib.
Keçən il dekabrın 10-da Netanyahu Təl-Əviv Dairə Məhkəməsinin yeraltı iclas zalında korrupsiya və sui-istifadə işi üzrə ifadə verməyə başlayıb. Hakimlərin qərarına əsasən, baş nazir həftənin bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri gündə altı saat ifadə verməlidir.
Netanyahu İsrailin özünə qarşı cinayət işləri üzrə məhkəmədə ifadə verən ilk fəaliyyətdə olan hökumət başçısıdır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:23 / 18.03.2025
Netanyahu ilə bağlı məhkəmə iclası ləğv edildi - SƏBƏB
Hazırda oxunan: Netanyahu ilə bağlı məhkəmə iclası ləğv edildi - SƏBƏB
Hazırda oxunan: Netanyahu ilə bağlı məhkəmə iclası ləğv edildi - SƏBƏB
239926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.