Tramp bu gün Putinlə nədən DANIŞACAQ?

Tramp bu gün Putinlə nədən DANIŞACAQ?

Hazırda oxunan: Tramp bu gün Putinlə nədən DANIŞACAQ?

239876

Bu gün ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparacağı gözlənilir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Trampın Putinlə ərazilər və atom elektrik stansiyalarına nəzarət məsələsini müzakirə etməyi planlaşdırdığı bildirilir.

"Düşünürəm ki, biz ərazilərdən danışacağıq. Biz elektrik stansiyalarından danışacağıq, çünki bu, böyük məsələdir", - Ağ Evin rəhbəri xarici KİV-ə bildirib.

“Reuters” agentliyinin məlumatına görə, Amerika lideri bu gün Putinə zəng etmək niyyətindədir.

Tramp əlavə edib ki, Moskva və Kiyevlə “aktivlərin bölünməsi” ilə bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, həftəsonu çox iş görülüb və Ukraynada münaqişəni dayandırmaq şansı var.

"Səhər saatlarında prezident Putinlə Ukrayna müharibəsi barədə danışacağam. Atəşkəslə bağlı bir çox elementlər razılaşdırılıb, lakin hələ çox işlər görülməlidir. Minlərlə gənc əsgər ölür. Hər həftə hər iki tərəfdən 2500 əsgər ölür və müharibə indi dayanmalıdır.

Mən prezident Putinlə telefon danışığını səbirsizliklə gözləyirəm”, -Tramp sosial şəbəkədə yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO