Bu gün ABŞ-ın mərhum 35-ci prezidenti Con Kennedinin öldürülməsi işi ilə bağlı təxminən 80 min səhifəlik material ictimaiyyətə açıqlanacaq.
Bizim.Media “İzvestiya”ya istinadən xəbər verir ki, bunu Amerikanın hazırkı lideri Donald Tramp deyib.
“Seçki kampaniyası zamanı dedim ki, bunları ictimailəşdirəcəyəm. Mən isə sözümün ağasıyam, ona görə də Kennedi ilə bağlı sənədləri alacaqsınız, təxminən 80 min səhifədir”, - deyə o bildirib.
Xatırladaq ki, Tramp Kennedinin qətli ilə bağlı sənədlərin məxfiliyinin açılması haqqında Sərəncam imzalayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də seçki işləri üçün getdiyi Texasda sui-qəsd nəticəsində öldürülüb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:05 / 18.03.2025
Bu gün Kennedinin qətli ilə bağlı sirlər açılacaq
Hazırda oxunan: Bu gün Kennedinin qətli ilə bağlı sirlər açılacaq
Hazırda oxunan: Bu gün Kennedinin qətli ilə bağlı sirlər açılacaq
239863
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.