Tramp Baydenin övladlarını bundan məhrum etdi

Tramp Baydenin övladlarını bundan məhrum etdi

Hazırda oxunan: Tramp Baydenin övladlarını bundan məhrum etdi

239862

ABŞ lideri Donald Tramp keçmiş prezident Co Baydenin övladları Hanter Bayden və Eşli Bayden üçün Məxfi Xidmətin mühafizəsini ləğv edib.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabından yazıb.

Onun sözlərinə görə, Hanter və Eşli Məxfi Xidmət tərəfindən qorunan şəxslərin siyahısından çıxarılacaq.

“Bu andan etibarən Hanter Bayden daha Məxfi Xidmətin mühafizəsi altında olmayacaq. Eşli Bayden də siyahıdan çıxarılacaq”, - paylaşımda deyilir.

Tramp qeyd edib ki, Hanteri 18, Eşli və Cil Baydeni isə 13 işçi mühafizə edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO