Minnesota ştatından olan beş respublikaçı senator prezident Donald Trampın siyasətinə mənfi mövqe göstərməyi psixi xəstəlik kimi tanıyan qanun layihəsini təqdim etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “Fox News” nəşri məlumat yayıb.
Belə ki, beş Respublikaçı senator qanun layihəsini Minnesota ştatının Senatına təqdim etməyi və Səhiyyə və İnsan Xidmətləri Komitəsinə göndərməyi planlaşdırır. Qanun layihəsi xüsusi olaraq ştatın psixi xəstəliklər siyahısına “Tramp dəlilik sindromu”nu əlavə etməyə özündə əks etdirir.
Qanun layihəsinə əsasən, “Tramp dəlilik sindromu” normal insanlarda Donald Trampın siyasətinə və prezidentliyinə reaksiya olan kəskin paranoya epizodu kimi müəyyən edilir.
"Simptomlara Trampın səbəb olduğu ümumi isteriya daxil ola bilər ki, bu da qanuni siyasi fərqlər və prezident Donald Trampın davranışındakı psixi patologiyanın əlamətlərini ayırd edə bilməməsi ilə nəticələnir", təklifdə bildirilib.
Lakin sözügedən qanunun qəbul olunması real görünmür. Çünki Minnesota senatında respublikaçılar yetərli səs çoxluğuna sahib deyillər.
Qeyd edək ki, Prezident Donald Tramp və tərəfdarları prezidentə və onun siyasətinə qarşı siyasi opponentləri tənqid etmək üçün “Tramp dəlilik sindromu” ifadəsindən istifadə edirlər.
Siyasi ifadə kimi “dəlilik sindromu” son illərdə Trampın tənqidçilərini ələ salmaq üçün məşhurlaşsa da, əslində bu termin 2003-cü ildə mərhum siyasi şərhçi Çarlz Krauthammer tərəfindən o vaxtkı prezident Corc Buşun tənqidçilərini təsvir etmək üçün istifadə edilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:51 / 18.03.2025
Trampı tənqid edənlər psixi xəstə kimi müalicəyə göndərilə BİLƏR – SENSASİON LAYİHƏ
Hazırda oxunan: Trampı tənqid edənlər psixi xəstə kimi müalicəyə göndərilə BİLƏR – SENSASİON LAYİHƏ
Hazırda oxunan: Trampı tənqid edənlər psixi xəstə kimi müalicəyə göndərilə BİLƏR – SENSASİON LAYİHƏ
239860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.