Pakistanda terror aktı: 12 hərbçi həlak olub, onlarla yaralı var

Pakistanda terror aktı: 12 hərbçi həlak olub, onlarla yaralı var

Hazırda oxunan: Pakistanda terror aktı: 12 hərbçi həlak olub, onlarla yaralı var

239627

Pakistanın Noşki (Bəlucistan) bölgəsinin N-40 magistral yolunda sərhədçiləri daşıyan avtobus karvanına hücum olub. Hadisə nəticəsində azı 12 hərbçi həlak olub, daha 26 nəfər yaralanıb.

Bu barədə Bizim.Media yerli mətbuata istinadən xəbər verir.

Hücumun partlayışla başladığı, sonra isə Rakşani Mill rayonunda intensiv atışma ilə davam etdiyi bildirilir.

Partlayışı kamikadze əldəqayırma qurğudan istifadə etməklə həyata keçirib.

Hərbçilərin cavab atəşi nəticəsində iki terrorçu məhv edilib. Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Hücuma görə məsuliyyəti “Bəlucistan Azadlıq Ordusu” qruplaşması üzərinə götürüb.

Xatırladaq ki, martın 11-də terrorçular Bəlucistan əyalətində qatarı qaçırıblar. Silahlılar sərnişinləri girov götürüb, sürücünü yaralayıb. Hücumçular azı 50 girovu öldürüblər. Qatarın sərnişinləri azad edilib. Əməliyyat zamanı 28 əsgər həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO