Serbiyada matəm elan edildi

Serbiyada matəm elan edildi

Hazırda oxunan: Serbiyada matəm elan edildi

239606

Serbiya Prezidenti Aleksandar Vuçiç ilə Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Serbiya Prezidenti sosial media hesabındakı paylaşımda bildirib.

“Şimali Makedoniyada baş vermiş dəhşətli faciə ilə əlaqədar Prezident Qordana Silyanovska-Davkovaya və qardaş ölkə xalqına dərin hüznlə başsağlığı verdim. Serbiya adından yardım olaraq helikopterlərin və digər tibbi nəqliyyat vasitələrinin, tibbi qrupların göndərilməsini, həmçinin yaralananların Serbiyadakı xəstəxanalara yerləşdirilməsini təklif etdim. Faciə ilə əlaqədar Serbiyada martın 18-i matəm günü elan ediləcək”, - deyə Aleksandar Vuçiç bildirib.

Bundan başqa, Şimali Makedoniyanın səhiyyə naziri Arben Taravari yanğın zamanı yaralanan və xəsarət alan 118 nəfərin ölkədəki xəstəxanalara yerləşdirildiyini deyib.

Xatırladaq ki, ötən gecə Şimali Makedoniyanın Koçani şəhərində diskotekada baş verən yanğın nəticəsində azı 51 nəfər həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO