İsrail ordusu Livanda "Hizbullah"ın iki üzvünü öldürdü

İsrail ordusu Livanda "Hizbullah"ın iki üzvünü öldürdü

Hazırda oxunan: İsrail ordusu Livanda "Hizbullah"ın iki üzvünü öldürdü

239596

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda kəşfiyyat apardığı və terror əməliyyatlarına cavabdeh olduğu iddia edilən "Hizbullah" qruplaşmasının iki üzvünü öldürüb.

Bizim.Media xəbər verir ki, bu barədə bazar günü ordunun mətbuat xidməti məlumat yayıb.
 

“İMQ bu gün səhər saatlarında Livanın cənubundakı Yatar və Mis əl-Cəbl ərazilərində kəşfiyyat aparan və aparıcı terror əməliyyatlarında iştirak edən iki “Hizbullah” terrorçusunu öldürüb", – məlumatda bildirilib.


Qeyd edək ki, 2024-cü ilin noyabrında imzalanmış atəşkəs sazişinin icrası fonunda ərazi iddialarının həlli üçün martın 11-də İsrail və Livan ABŞ ilə Fransanın iştirakı ilə danışıqlara başlayıb.

Danışıqlar günü İsrail ordusu xoşməramlılıq əlaməti olaraq bir neçə livanlı əsiri Livan ordusuna təhvil verib.

Fevral ayında İsrail, razılaşmaya uyğun olaraq, Livanın cənubundan çəkilməsini tamamlayıb, lakin beş sərhəd mövqeyində mövcudluğunu saxlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO