"SpaceX" 4 nəfəri Beynəlxalq Kosmik Stansiyaya çatdırdı - VİDEO

"SpaceX" 4 nəfəri Beynəlxalq Kosmik Stansiyaya çatdırdı - VİDEO

Hazırda oxunan: "SpaceX" 4 nəfəri Beynəlxalq Kosmik Stansiyaya çatdırdı - VİDEO

239554

"SpaceX" şirkətinin çoxistifadəli "Crew Dragon" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyasına (BKS) uğurla birləşib.

Bu barədə Bizim.Media NASA-ya istinadən xəbər verir.

Bildirilir ki, ki, "Crew Dragon"un BKS-yə birləşməsi martın 16-na keçən gecə baş verib.

Beləliklə şənbə günü BKS-yə doğru start götürmüş kosmik gəmi birləşmək üçün cəmi 28 saata yaxın yol qət edib.
 

"Crew Dragon" dördnəfərlik ekipajdan ibarətdir. Ora "Roskosmos"un kosmonavtı Kirill Peskov, NASA astronavtı Ann Makleyn (komandir), Nikol Ayers və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) astronavtı Takuya Onişi daxildirlər.


Xatırladaq ki,"Crew Dragon" gəmisi ilə "Falcon 9"un buraxılışı martın 12-də baş tutmalı idi, lakin starta bir saatdan az vaxt qalmış uçuş ləğv edilib. Buna səbəb raketin yerüstü dəstək sıxacının hidravlik sistemində yaranan problem olub.

İndi amerikalılar Butch Wilmore və Suni Williams Yerə qayıda biləcəklər. Onlar ISS-də səkkiz gün qalmalı idilər, lakin Boeing-in Starliner kapsulu ilə bağlı problemlərə görə doqquz aydan çox orada qalıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO