Öncə robot, sonra insan - Mask bu tarixdə Marsa insan göndərəcək - VİDEO

Öncə robot, sonra insan - Mask bu tarixdə Marsa insan göndərəcək - VİDEO

Hazırda oxunan: Öncə robot, sonra insan - Mask bu tarixdə Marsa insan göndərəcək - VİDEO

239446

Gələn il “Optimus” robotu Marsa göndəriləcək. Əgər hər şey yolunda gedərsə, 2029-cu ildən insanların Marsa enməsinə başlanılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “SpaceX” və “Tesla”nın qurucusu İlon Mask X sosial şəbəkəsində yazıb.
 

"Starship с Optimus (insanabənzər robot – red.) gələn ilin sonunda Marsa uçacaq. Əgər uçuş uğurlu olarsa, o zaman insanların da Marsa gedişi 2031-ci ildə başlaya bilər. Hətta böyük ehtimalla buna 2029-cu ildə start verilə bilər", - deyə o qeyd edib.


Xatırladaq ki, Mask hələ 2022-ci ildə insanların cəmi 7 ildən sonra - yəni 2029-cu ildə Marsa ayaq basa biləcəklərini demişdi.

Ötən il isə o, Marsda Yer resurslarından asılı olmayan qübbəli şəhər tikmək istədiyini açıqlamışdı.

Bu ilin fevralında da məlum oldu ki, “Tesla” insanabənzər “Optimus” robotlarını kütləvi istehsal etməyə hazırlaşır. Bundan qabaq isə o, “Tesla”nın 2025-ci ilədək şirkətdaxili istifadə üçün kiçik həcmli, 2026-cı ilə qədər isə digər şirkətlər üçün iri həcmli və “gerçəkdən faydalı” humanoid robotlara sahib olacağını qeyd eləmişdi.

Maksın bu mövzudakı sonuncu açıqlaması bu il fevralın sonunda oldu. “Tesla” rəhbəri Beynəlxalq Kosmik Stansiyanın orbitdən çıxarılmasını və Marsa getməyi təklif etdi. Onun sözlərinə görə, artıq BKS-in görəvi bitib və bundan sonra onun faydası çox azdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO