Qırğızıstan parlamentinin Beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik komitəsi Qırğızıstanın Azərbaycandakı səfiri vəzifəsinə Kayrat Osmonaliyevin namizədliyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Qırğızıstan mətbuatı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin növbədənkənar sessiyası başlayır – SƏBƏB NƏDİR?
Qərarın dünən qəbul edildiyi deyilir. Kayrat Osmonaliyev bir il ərzində işdə yaxşı nəticələr göstərəcəyini və Bakı ilə münasibətləri yaxşılaşdıracağını vəd edib.
Xatırladaq ki, Kayrat Osmonaliyev 48 yaşındadır. 2010-2016-cı illərdə Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın prorektoru vəzifəsində çalışıb. Hal-hazırda Mərkəzi Seçki Komissiyasının üzvüdür.
Xarici işlər nazirinin müavini Nuran Niyazəliyevin sözlərinə görə, Kayrat Osmonaliyev ingilis dilində səlis danışır.
Bizim.Media