Belarus lideri Aleksandr Lukaşenko ilə Moskvada bir araya gələn Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatla çıxışı zamanı bir çox məqama aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada döyüşləri dayandırmağı qəbul etsə də, bir çox açıq məsələlərin qaldığını da bildirib.
“Moskva Ukraynada döyüşlərin dayandırılması təklifini qəbul edir, atəşkəs ideyasına razıdır, amma "bəzi nüanslar var". Kimlərin Ukraynada döyüşlərin dayandırılması barədə əmr verəcəyi və bunun nəyə başa gələcəyi hələ də aydın deyil.
Ukrayna müvəqqəti atəşkəsdən istifadə edərək məcburi səfərbərlik və silah tədarükü edə bilər, bu məsələnin necə nəzarət ediləcəyini həll etmək lazımdır. Döyüşlərin dayandırılması uzunmüddətli sülhə və böhranı yaradan əsas səbəblərin aradan qaldırılmasına gətirib çıxarmalıdır”, - deyə Rusiya lideri qeyd edib.
Tehran Orucoğlu, Bizim.Media

- A-
- A
- A+
Dünya
20:29 / 13.03.2025
Putin: “Döyüşləri dayandırmağa hazırıq, lakin...” - VİDEO
Hazırda oxunan: Putin: “Döyüşləri dayandırmağa hazırıq, lakin...” - VİDEO
Hazırda oxunan: Putin: “Döyüşləri dayandırmağa hazırıq, lakin...” - VİDEO
239183
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.