Quterreşin müavini: “BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir”

Quterreşin müavini: “BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir”

Hazırda oxunan: Quterreşin müavini: “BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir”

239178

“BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir. Gələcək üçün Pakt, habelə onun ehtiva etdiyi Qlobal Rəqəmsal Saziş və Gələcək Nəsillər haqqında Bəyannamə yeni fürsətlərə və istifadə olunmamış imkanlara yol açır. Bu sənəd bütün xalqlar və millətlər üçün davamlı, ədalətli və dinc qlobal nizamın əsasını qoyacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Gələcək üçün BMT Paktı: Yeni qlobal konsensusun yaradılması" adlı panel iclasındakı video çıxışında BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder deyib.

BMT-nin Gələcək üçün Pakt barədə ətraflı məlumat verən Qay Rayder bildirib ki, sənəd süni zəka, sülh və təhlükəsizlik, davamlı inkişaf, iqlim dəyişikliyi, rəqəmsal əməkdaşlıq, insan hüquqları, gender, gələcək nəsillər və qlobal idarəetmənin transformasiyası da daxil olmaqla, genişspektrli məsələləri əhatə edir.

“Həqiqi müvəffəqiyyət bu Paktı həyata keçirməkdən ibarətdir. Pakt işlək olsun deyə bir sıra beynəlxalq təşkilatlar hərəkətə keçməlidir. Qlobal maliyyə strukturunun dəyişdirilməsi, qlobal rəqəmsallaşma sisteminin işlək olması, həmçinin burada süni zəkadan da istifadə edilməsi lazımdır. İyun ayında BMT tərəfindən beynəlxalq maliyyə konfransı keçiriləcək. Bundan başqa, noyabrda Qətərdə BMT tərəfindən 4-cü İnkişaf üçün Maliyyələşdirmə üzrə Beynəlxalq Konfrans təşkil olunacaq. Bu, Afrika birliyi, Asiya ölkələri və digər inkişaf edən ölkələrə dəstək məqsədilə keçirilən tədbirdir. Pakt milli səviyyədə BMT-yə üzv olan 193 ölkənin hər birinə faydalı olmalıdır”, - deyə Qay Rayder əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO