Rusiya Kursk vilayətinin Sudja şəhərinə nəzarəti tam bərpa edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Sudja azad edilib".
Qeyd edək ki, ötən ilin avqust ayından Ukrayna ordusunun nəzarətinə keçən Kursk vilayətinin Sudja şəhəri uğrunda son bir neçə həftə ərzində qızğın döyüşlər gedib.
Rusiya ordusunun qaz boru kəmərinin içi ilə həyata keçirdiyi "Potok" əməliyyatı nəticəsində Sudjaya nəzarət bərpa edilib.
Martın 12-də Rusiya prezidenti Vladimir Putin uğurlu əməliyyatla bağlı Kursk vilayətinə səfər edib. Bu, Putinin Ukrayna Silahlı Qüvvələrinin regiona hücumundan sonra Kursk vilayətinə ilk səfəri olub. Rusiya prezidenti komanda məntəqəsində hərbi geyimdə müşavirə keçirib.
Baş Qərargah rəisi Valeri Gerasimov Putinə məruzə edərək ərazinin 86%-nin azad edildiyini bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
							14:07 / 13.03.2025
							
						Sudja şəhəri Rusiyanın tam nəzarətinə keçdi - VİDEO
						
							
								Hazırda oxunan: Sudja şəhəri Rusiyanın tam nəzarətinə keçdi - VİDEO							
						
					
					
					
								Hazırda oxunan: Sudja şəhəri Rusiyanın tam nəzarətinə keçdi - VİDEO							
						239123
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
 
					































































































