“Əgər biz razılaşsaq və Rusiya Federasiyası da razılaşarsa, o an sükut işləyəcək”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bu gün Ciddədə baş tutan danışıqların yekunları ilə bağlı paylaşımında qeyd edib.
O, bildirib ki, Amerika tərəfdən dərhal ilk addımı atmaq və bütün cəbhə xətti boyunca 30 gün ərzində tam atəşkəs rejiminin yaradılmasına cəhd etmək təklifi olub.
"Tam həqiqətin üzə çıxmasının vaxtı çatıb", - Zelenski əlavə edib.
O bildirib ki, Ukrayna sülhə hazırdır, Rusiya müharibəni bitirməyə və ya müharibəni davam etdirməyə hazır olduğunu göstərməlidir.
Qeyd edək ki, Ciddədə baş tutan danışıqların yekunu olaraq, Ukrayna tərəfi ABŞ-nin dərhal, müvəqqəti 30 günlük atəşkəs tətbiq etmək təklifini qəbul etməyə hazır olduğunu bildirib. Bunun müqabilində ABŞ Ukrayna ilə hərbi yardım və kəşfiyyat mübadiləsini bərpa etməyə vəd edib.
Bizim.Media