Trampın xüsusi elçisi Putinlə görüşmək üçün Moskvaya GƏLİR

Trampın xüsusi elçisi Putinlə görüşmək üçün Moskvaya GƏLİR

Hazırda oxunan: Trampın xüsusi elçisi Putinlə görüşmək üçün Moskvaya GƏLİR

238786

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gələcək.

Bizim.Media “Bloomberg” və “Reuters” agentliklərinə istinadən xəbər verir ki, o bunu martın 11-də Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçiriləcək danışıqlardan sonra edəcək.

Bu, Vitkoffun Rusiyaya ikinci səfəri olacaq: o, bundan əvvəl fevralın 11-də gəlmişdi və Putinlə görüşdükdən sonra Rusiyada narkotik işinə görə 14 il müddətinə azadlıqdan məhrum edilmiş amerikalı Mark Vogellə birlikdə ABŞ-a uçmuşdu. Vitkoff qeyd edib ki, o, həmin səfərdə Rusiya prezidenti ilə “çox vaxt” keçirib, onunla dostluq münasibətləri qurub.

Xarici KİV-lər Trampın xüsusi elçisinin cədvəlinə əsaslanaraq, Putinlə cümə axşamı, martın 13-də görüşə biləcəyini bildiriblər, lakin “hər şeyin hələ də dəyişə biləcəyi” də vurğulanıb.

Vitkoff, dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Vals ilə birlikdə bu gün Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə danışıqlarda iştirak edəcək. İclasda Ukraynanı prezident aparatının rəhbəri Andriy Yermak, Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov təmsil edəcək.

Vaşinqton bəyan edib ki, danışıqların əsas məqsədi sülh sazişi və ilkin atəşkəs üçün zəmin yaratmaqdır.

ABŞ Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, Kiyev və Moskva ərazi güzəştləri də daxil olmaqla, güzəştə getməli olacaqlar. Onun sözlərinə görə, Ukrayna tərəfi ilə Səudiyyə Ərəbistanında keçiriləcək görüş Amerikanın Kiyevə hərbi yardımının bərpası üçün “əsas əhəmiyyət kəsb edəcək”. Xüsusilə, ABŞ Ukraynadan müharibəni dayandırmaq və ya ən azı “bu və ya digər formada” onu “dayandırmaq” üçün “çətin qərarlar qəbul etməyə” hazır olmasını gözləyir. Eyni zamanda Rubio Ukraynanın qismən atəşkəslə bağlı təklifini “perspektivli” adlandırıb ki, bu da pilotsuz təyyarələrin və uzaqmənzilli raketlərin qadağan edilməsini, həmçinin Qara dənizdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.
“Mən demirəm ki, təkcə bu kifayətdir, lakin münaqişəyə son qoymaq üçün güzəştə baxmaq lazımdır”, - dövlət katibi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO