Vəzifəsindən ayrılan baş nazir dil çıxarıb kreslosunu da özü ilə apardı – FOTO

Vəzifəsindən ayrılan baş nazir dil çıxarıb kreslosunu da özü ilə apardı – FOTO

Hazırda oxunan: Vəzifəsindən ayrılan baş nazir dil çıxarıb kreslosunu da özü ilə apardı – FOTO

238774

Daha əvvəl Liberal Partiyasının lideri vəzifəsindən istefa verdiyini açıqlayan Kanadanın keçmiş baş naziri Castin Trüdo İcmalar Palatasında doqquz ildən çox oturduğu kreslosunu özü ilə apararaq parlamenti rəsmən tərk edib.

Bizim.Media xəbər verir ki, Trüdo həmin an fotoqraflara zarafatla dil çıxarıb və kameralara poza verib.

Onun bu hərəkəti səkkiz ildən çox davam edən siyasi karyerasının sonunu simvolizə etdiyi üçün geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Trüdo 2015-ci ildən Kanada hökumətinə rəhbərlik edib. O, bu ilin yanvarın 6-da Liberal Partiyasının lideri vəzifəsindən istefa verdiyini, lakin partiyadaxili seçkilər keçirilənə və yeni lider təyin olunana qədər baş nazir olaraq qalacağını açıqlamışdı.

Trüdo martın 10-da Liberal Partiyasının yeni lideri və ölkənin növbəti baş naziri Mark Karni ilə görüşüb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO