ABŞ hökumətinin büdcəsi korrupsiya və saxtakarlıq səbəbindən keçmiş prezident Co Baydenin administrasiyası dövründə təxminən 500 milyard dollar itirib.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Hökumətinin Hesabatlılıq İdarəsinin məlumatlarına əsasən bildirib.
"Bayden administrasiyası hökumət xərclərini yarım trilyon dollar itirib. Biz bunu minimuma endirməyə çalışırıq və vergi ödəyicilərinin pullarına qənaət etmək üçün əlimizdən gələni edirik", - deyə Mask “Fox Business”ə müsahibəsində bildirib.
Qeyd edək ki, yanvarın 20-də ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən dərhal sonra DOGE ABŞ-ın büdcə xərclərinin genişmiqyaslı auditinə başlayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:30 / 11.03.2025
Bayden dövründə ABŞ büdcəsi 500 milyard dollar itirib - İlon Mask
Hazırda oxunan: Bayden dövründə ABŞ büdcəsi 500 milyard dollar itirib - İlon Mask
Hazırda oxunan: Bayden dövründə ABŞ büdcəsi 500 milyard dollar itirib - İlon Mask
238737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.