Pivə BAHALAŞACAQ

Pivə BAHALAŞACAQ

Hazırda oxunan: Pivə BAHALAŞACAQ

238596

Rusiyada pivənin qiyməti artırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Kommersant” istehsalçıların müvafiq məktublarına istinadən məlumat yayıb.

Məlumata görə, “Baltika” və Moskva Pivə Şirkəti pərakəndə satış şirkətlərini pivənin qiymətinin artırılması barədə xəbərdar edib.

Moskva Pivə Şirkəti artımın orta hesabla 10-15% olduğunu bildirib. Artıq ilin əvvəlindən qiymətləri 10% qaldıran “Baltika” şirkəyi isə qiymət artımının həcmini açıqlamayıb.
 

“Baltika” bahalaşmanın əsas səbəbi kimi pivəyə aksiz vergisinin artırılmasını göstərir (2024-cü ilin sonunda 26 rubla qarşı 1 litr üçün 30 rubla qalxıb). Moskva Pivə Şirkəti öz növbəsində istehsal xərclərinin əhəmiyyətli dərəcədə artdığını bildirib.


“Kommersant”ın iri pivə istehsalçısı şirkətində olan mənbəsi qeyd edib ki, bu səbəblərə əlavə olaraq, 21%-lik yüksək əsas göstərici və inflyasiyanın ümumi artımı qiymətlərin qalxmasına səbəb olur.

Qeyd olunub ki, daha əvvəl Rusiyada “Birləşmiş Pivə zavodları" holdinqi, AB InBev Efes Medovarus, Belarus MMC-nin “Krinitsa-Treyd” və “Gosselaine Logistics”in distribyutoru qiymətləri təxminən 10% artırıb.

Alkoqol bazarı üzrə ekspert Aleksey Nebolsinin sözlərinə görə, demək olar ki, Rusiyanın bütün pivə istehsalçıları satış qiymətlərini qaldırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO