Belarus prezidenti Aleksandr Lukaşenko Aleksandr Turçini ölkənin baş naziri təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə BelTA nəşri yazıb.
Mənbə qeyd edir ki, Turçin bundan əvvəl Minsk vilayətinə rəhbərlik edib.
Lukaşenko Belarusun keçmiş baş naziri Roman Qolovçenkonu Milli Bankın yeni rəhbəri təyin edib.
Xatırladaq ki, Belarusda prezident seçkiləri yanvarın 26-da keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı prezident Aleksandr Lukaşenko qalib gəlib. 1994-cü ildən Belarusda ən yüksək dövlət postunu tutan Lukaşenko üçün bu prezidentlik müddəti yeddincisidir.
Fevralın 3-də isə Belarus hökuməti istefa verib.
Bizim.Media