"Ariel"in reklamı QADAĞAN EDİLDİ - Nazirlik 2,2 milyon cərimələdi – SƏBƏB

"Ariel"in reklamı QADAĞAN EDİLDİ - Nazirlik 2,2 milyon cərimələdi – SƏBƏB

Hazırda oxunan: "Ariel"in reklamı QADAĞAN EDİLDİ - Nazirlik 2,2 milyon cərimələdi – SƏBƏB

238528

"Procter & Gamble" şirkətinin "Ariel" markasına aid reklam istehlakçıların şikayətləri əsasında Türkiyənin Ticaret Nazirliyi tərəfindən qadağan edilib.

Bizim.Media xəbər verir ki, buna səbəb reklamın reallığı əks etdirməməsidir.
 

Belə ki, reklamda "Ariel Hızlı Çözünme Dağ Esintisi" adlı toz yuyucu vasitənin rəqiblərindən daha az miqdarda istifadə olunduqda belə daha yaxşı təmizlik verdiyi iddia olunurdu.


Lakin Reklam Şurasının apardığı yoxlamalar göstərib ki, bu iddianın sübut kimi göstərilən IPSOS hesabatı etibarlı deyil və müqayisəli testlər düzgün şərtlər altında aparılmayıb.

Araşdırma zamanı məlum olub ki, reklamdakı kimi ləkələrin tək yuyulmada çıxması üçün parçalar əslində səkkiz dəfə yuyulub.

Beləliklə, reklamın müvafiq qaydalara zidd olduğu müəyyən edilib və "Procter & Gamble" şirkətinə 2,2 milyon lirə cərimə tətbiq edilib, reklamın yayımlanması isə qadağan edilib. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO