Bu gün səhər saatlarında Ağ Ev yaxınlığında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ilə silahlı şəxs arasında atışma olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Həmin vaxt Prezident Donald Tramp Ağ Evdə deyil, Floridada iqamətgahında olub.
Qeyd edilib ki, xüsusi xidmət orqanları bir şəxsin İndianadan Vaşinqtona gəldiyi, intihar etmək niyyətində olduğu barədə məlumat alıb. Həmin şəxsin avtomobili Ağ Evin yaxınlığında aşkarlanıb. Polis yaxınlaşan zaman isə atəş açmağa başlayıb.
Atışma nəticəsinə yaralanan şəxs xəstəxanaya yerləşdirilib, sağlıq durumu açıqlanmır. (APA)
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:30 / 09.03.2025
Ağ Ev yaxınlığında atışma: Silahlı şəxs güllələndi
Hazırda oxunan: Ağ Ev yaxınlığında atışma: Silahlı şəxs güllələndi
Hazırda oxunan: Ağ Ev yaxınlığında atışma: Silahlı şəxs güllələndi
238454
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.