40 il əvvəl həbsxanadan qaçan cinayətkar saxlanıldı - FOTO

40 il əvvəl həbsxanadan qaçan cinayətkar saxlanıldı - FOTO

Hazırda oxunan: 40 il əvvəl həbsxanadan qaçan cinayətkar saxlanıldı - FOTO

238388

Puerto-Rikoda təxminən 40 il əvvəl həbsxanadan qaçan şəxs ABŞ-ın Florida ştatında həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Qeyd olunur ki, Xorxe Miya-Valdes 1987-ci ildə həbsxanadan qaçıb. O vaxtdan bəri o, başqa ad ilə yaşayıb və ABŞ-da quldurluq və sağlamlığa ağır xəsarət yetirmək maddələri ilə məhkum olunub.

Məlumata görə, yerli şerifin ofisi Miya-Valdesin 1986-cı ildə götürülmüş barmaq izlərini istəyib.

Həbsdən əvvəl götürülmüş barmaq izləri ilə müqayisə edildikdə, onlar uyğun gəlib. Həbs videosunda həmin şəxs bildirib ki, polis onu iki dəfə saxlayıb, lakin hüquq-mühafizə orqanlarına "lazım olmadığı" üçün onu buraxıblar.

Üçüncü dəfə Miya-Valdes həbs olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO