Polşa Emmanuel Makronun ölkəsinin nüvə potensialından avropalı müttəfiqlərini müdafiə etmək üçün istifadə etmək təklifi ilə bağlı Fransa ilə ciddi danışıqlar aparır.
Bizim.Media “Bloomberg “ə istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk bildirib.
Tusk qeyd edib ki, Rusiyadan gələn təhdidləri nəzərə alsaq, Avropa yaxın bir neçə il ərzində müharibə ilə üz-üzə qala bilər. Onun sözlərinə görə, Rusiyanın hazırda kütləvi şəkildə yenidən silahlanmasına və səfərbər olmasına şübhə yoxdur:
“Çünki Kreml çox güman ki, təkcə Ukrayna ilə deyil, həm də daha böyük bir qüvvə ilə tammiqyaslı hərbi qarşıdurmaya hazırlaşır. Polşa buna görə də Fransa ilə nüvə silahının yerləşdirilməsi ilə bağlı danışıqlar aparır.
Biz bilməliyik ki, Polşa nüvə silahı və müasir qeyri-ənənəvi silahlarla bağlı ən müasir imkanlara malik olmalıdır. Ona görə də biz çox ciddi yarışla üz-üzəyik və bu, silahlanma yarışı deyil, təhlükəsizlik uğrunda yarışdır", - Polşanın baş naziri vurğulayıb.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron bütün Avropa İttifaqını qorumaq üçün Fransanın nüvə silahından istifadə ilə bağlı müzakirələrə başlamaq qərarına gəlib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:50 / 08.03.2025
SON DƏQİQƏ: Fransanın nüvə silahları Polşaya yerləşdirilə BİLƏR
Hazırda oxunan: SON DƏQİQƏ: Fransanın nüvə silahları Polşaya yerləşdirilə BİLƏR
Hazırda oxunan: SON DƏQİQƏ: Fransanın nüvə silahları Polşaya yerləşdirilə BİLƏR
238320
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.