Əl-Şaraadan Əsəd tərəfdarlarına ÇAĞIRIŞ: “Silahı yerə qoymasanız...”

Əl-Şaraadan Əsəd tərəfdarlarına ÇAĞIRIŞ: “Silahı yerə qoymasanız...”

Hazırda oxunan: Əl-Şaraadan Əsəd tərəfdarlarına ÇAĞIRIŞ: “Silahı yerə qoymasanız...”

238318

Suriyanın müvəqqəti hökumətinin prezidenti Əhməd əl-Şaraa devrilmiş keçmiş dövlət başçısı Bəşər Əsədin silahlı tərəfdarlarını “çox gec olmadan” silahlarını yerə qoymağa çağırıb.

Bizim.Media “Asharq” nəşrinə istinadən xəbər verir ki, bu barədə Şaraanın bəyanatında qeyd olunub.

Suriyanın müvəqqəti prezidenti ölkənin qərbində 200-dən çox insanın ölümünə səbəb olan qarşıdurmalardan sonra bu bəyanatı verib:

"Əvvəlki rejimin qalıqları təşəbbüs göstərməli və silahlarını yerə qoymalıdırlar. Hakimiyyət yıxılan rejimin qalıqlarını təqib edəcək və xalqa hücumu davam etdirənlərin ədalətli mühakimə olunacaq”.

Əl-Şaraa deyib ki, hökumət qanunsuz silah tədarükünü məhdudlaşdırmağa davam edəcək.
Suriya lideri döyüşlərə qoşulan bütün qüvvələri orada fəaliyyət göstərən hərbi komandirlərə və təhlükəsizlik qüvvələrinə tam tabe olmağa çağırıb.

Xatırladaq ki, Xatırladaq ki, martın 6-da Suriyanın Latakiya və Tartus əyalətlərində keçmiş Əsəd rejiminin tərəfdarları ilə yeni keçid hökumətinin qüvvələri arasında silahlı toqquşamalar başlayıb. Üç gün ərzində 200-dən çox insanın həyatını itirdiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO