ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama olmadan ictimaiyyət qarşısına çıxması cütlüyün boşanması ilə bağlı iddiaların yayılmasına səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
Belə ki, Barak Obama “Los-Anceles Klippers” və “Detroyt Pistons” komandaları (NBA-da çıxış edən basketbol klubları – red.) arasında keçirilən görüşdə azarkeş qismində iştirak edib. O, “Klippes”in sahibi Stiv Balmer və həyat yoldaşı Konni Snayderlə birgə matçı izləyiblər.
Lakin Mişel həmin oyunda tamaşaçılar sırasında yer almayıb. Üstəlik, görüş zamanı Obamanın əyləncəli vaxt keçirməsi izləyicilər arasında cütlüyün boşanması ilə bağlı şərhlərin ortaya çıxmasına səbəb olub.
Mişel Obama isə sözügedən iddiaları təkzib edib. O sözügedən oyunda iştirak etməməsini övladları ilə vaxt keçirməsi ilə əlaqələndirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:33 / 08.03.2025
Obama həyat yoldaşından BOŞANIB?
Hazırda oxunan: Obama həyat yoldaşından BOŞANIB?
Hazırda oxunan: Obama həyat yoldaşından BOŞANIB?
238317
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.