Çindən ABŞ-Rusiya dialoquna SƏRT ETİRAZ – “Ukrayna və Aİ danışıqlarda iştirak etməlidir”

Çindən ABŞ-Rusiya dialoquna SƏRT ETİRAZ – “Ukrayna və Aİ danışıqlarda iştirak etməlidir”

Hazırda oxunan: Çindən ABŞ-Rusiya dialoquna SƏRT ETİRAZ – “Ukrayna və Aİ danışıqlarda iştirak etməlidir”

238023

"Çin Ukrayna və Aİ-nin iştirakı olmadan ABŞ-Rusiya danışıqlarının əleyhinədir. Ukrayna üçün sülh sazişi yalnız ABŞ və Rusiya arasında müəyyən edilməməlidir".

Bizim.Media xəbər verir ki, bunu Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Lu Şaye Çin Xalq Siyasi Məşvərət Konfransının illik sessiyasındakı çıxışında deyib.

"Tramp administrasiyasının Avropaya qarşı həyasız və hədsiz siyasət həyata keçirməsinə, öz müttəfiqlərinə bu cür davranmasına Avropa nöqteyi-nəzərindən baxdıqda, sadəcə, dəhşətlidir. Düşünürəm ki, avropalı dostlar bu barədə düşünməli və Tramp administrasiyasının siyasətini Çin hökumətinin siyasəti ilə müqayisə etməlidirlər", - Şaye deyib.

Lu Şaye vurğulayıb ki, istənilən sülh prosesi Avropa ölkələri də daxil olmaqla, bütün müvafiq tərəflərin tanınması və iştirakını əhatə etməlidir.

O, qeyd edib ki, Çinin diplomatik yanaşması sülh, dostluq, xoşməramlılıq və qarşılıqlı faydalı əməkdaşlıqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO