Britaniyada 9 yaşlı narkotacir saxlanıldı

Britaniyada 9 yaşlı narkotacir saxlanıldı

Hazırda oxunan: Britaniyada 9 yaşlı narkotacir saxlanıldı

23798

Britaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Birləşmiş Krallığının tarixində ən gənc narkotik alverçisini saxlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “Mirror” bildirib. Qeyd edilir ki, söhbət orta məktəbin doqquz yaşlı şagirdindən gedir.

Nəşrin məlumatına görə, o, polis tərəfindən qadağan edilmiş kokainə görə tutulub. Ancaq məktəbliyə qarşı ittiham irəli sürmək mümkün olmayıb, çünki onun 10 yaşı yoxdur.

İngiltərədə və Uelsdə cinayət məsuliyyəti bu yaşdan başlayır.

Asayiş keşikçilərinin versiyasına görə, oğlanı narkotik maddəni satmağa valideynlərindən biri, yaxud böyük qardaşı və ya bacısı məcbur edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO