Çoxarvadlı kişilərin sayı 300 min nəfərə ÇATDI

Çoxarvadlı kişilərin sayı 300 min nəfərə ÇATDI

Hazırda oxunan: Çoxarvadlı kişilərin sayı 300 min nəfərə ÇATDI

237962

İranda çoxarvadlı kişilərin sayı açıqlanıb.

Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, İranın idman və gənclər nazirinin müavini Əlirza Rəhimi ölkədə rəsmi qeydə alınmış çoxarvadlı kişilərin sayının 300.000 nəfərə çatdığını bildirib.

Onun sözlərinə görə, çoxarvadlılıq daha çox Kerman, Sistan və Bəluçistan, Gülüstan, Kürdüstan və Cənubi Xorasan əyalətlərində qeydə alınıb.

Nazir müavini vurğulayıb ki, böyük şəhərlərdə və modern bölgələrdə bu hala az rast gəlinir, çünki həmin yerlərdə çoxarvadlılıq cəmiyyət tərəfindən yaxşı qarşılanmır. Bununla belə o, iri şəhərlərdə vətəndaş nikahının yayıldığını etiraf edib, lakin qanunsuz olduğu üçün bu barədə dəqiq statistikanın olmadığını söyləyib.

İran rəsmisi sosial şəbəkələrdə çoxarvadlılığın təbliğ olunması ilə bağlı narahatlığını da dilə gətirib və deyib ki, bəziləri izləyici sayını artırmaq və maddi qazanc əldə etmək məqsədilə bu həyat tərzini virtual məkanda təbliğ edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO