Cənubi Koreyada kəndi səhvən bombaladılar - VİDEO

Cənubi Koreyada kəndi səhvən bombaladılar - VİDEO

Hazırda oxunan: Cənubi Koreyada kəndi səhvən bombaladılar - VİDEO

237938

Cənubi Koreyanın Pocheon şəhərinin yaxınlığında təlim zamanı səhvən kəndin üzərinə aviasiya bombaları atılıb.

Bizim.Media “Yonhap” agentliyinə istinadən xəbər verir ki, hadisə ABŞ və Koreya Respublikasının birgə keçirdiyi təlim atəşləri çərçivəsində qeydə alınıb.

Belə ki, “KF-16” qırıcı təyyarələrindən atışların keçirildiyi poliqondan kənarda 4 bomba atılıb.

İnsident zamanı ikisi hərbçi olmaqla 15 nəfər xəsarət alıb. Bununla yanaşı, kilsə də daxil olmaqla, 7 binaya ziyan dəyib.

Hazırda partlamamış sursatların zərərsizləşdirilməsi üçün əraziyə mütəxəssislər cəlb edilib. Sakinlərin isə sözügedən işlər zamanı təxliyə edilməsi tapşırılıb.

Koreya Respublikasının Hərbi Hava Qüvvələri hadisə ilə bağlı təəssüf hissi keçirdiklərini və təzminat ödəməyə hazır olduqlarını açıqlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO