Moldova səfiri Rusiya XİN-ə ÇAĞIRILDI

Moldova səfiri Rusiya XİN-ə ÇAĞIRILDI

Hazırda oxunan: Moldova səfiri Rusiya XİN-ə ÇAĞIRILDI

237856

Moldova Respublikasının Rusiya Federasiyasındakı səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
 

Rusiya tərəfi bu ölkənin Moldovadakı səfiri Oleq Ozerovun etimadnaməsinin indiyə qədər ölkə prezidenti tərəfindən qəbul edilməməsinə görə narazılıq bildirib. 


O.Ozerov səfir qismində Moldovaya 2024-cü ilin oktyabrında gəlib.

Rusiya XİN-dən qeyd olunub ki, bu, 1961-ci ildə qəbul olunmuş Diplomatik Əlaqələr haqqında Vyana konvensiyasına ziddir.

Moldova səfirinə Vyana konvensiyasının mətni, həmçinin Rusiya səfirinin qəbul edilməsinin gecikmə səbəblərinə aydınlıq gətirilməsini tələb edən verbal nota təqdim olunub. Rusiya tərəfi Moldova tərəfinin hərəkətlərinin xarici nümayəndəliklərin rəhbərlərinə qarşı münasibətdə diplomatik praktikanın vahidliyi prinsipinə zidd olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO