2 mindən çox Ermənistan vətəndaşı ABŞ-dan deportasiya ediləcək

2 mindən çox Ermənistan vətəndaşı ABŞ-dan deportasiya ediləcək

Hazırda oxunan: 2 mindən çox Ermənistan vətəndaşı ABŞ-dan deportasiya ediləcək

237650

İrəvan Vaşinqtonun 2 mindən çox Ermənistan vətəndaşını ABŞ-dan deportasiya etmək niyyətindən xəbərdardır.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan baş naziri yanında diaspor işləri üzrə baş komissar Zare Sinanyan mətbuat konfransında deyib.

“Bu adamları diaspor adlandırmaq düzgün deyil. Onlar ABŞ-da qalmaq hüququ olmayan Ermənistan vətəndaşlarıdır. Söhbət Birləşmiş Ştatlardan deportasiya olunacaq iki min nəfərdən çox Ermənistan vətəndaşından gedir”, - deyə Zare Sinanyan bildirib.

Onun sözlərinə görə, deportasiya ediləcək vətəndaşların real sayı daha çox ola bilər və bu, sadəcə ilk mərhələdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO