Tramp: "Rusiyaya kədərdən başqa heç nə verməmişəm”

Tramp: "Rusiyaya kədərdən başqa heç nə verməmişəm”

Hazırda oxunan: Tramp: "Rusiyaya kədərdən başqa heç nə verməmişəm”

237598

ABŞ Prezidenti Donald Tramp Rusiyaya kədər və sanksiyalardan başqa heç nə vermədiyini iddia edib.

Bizim.Media xəbər verir ki, Tramp bunu “Fox News” telekanalında jurnalistlərin suallarını cavablandırarkən deyib

“Mən Rusiyaya kədərdən başqa heç nə verməmişəm, Moskvaya qarşı sanksiya tətbiq etmişəm, Ukraynaya isə “Javelin” raketləri vermişəm. İndi isə mənim Rusiyaya nə qədər yaxın olduğumdan danışırlar”, - deyə ABŞ dövlət başçısı bildirib.

Xatırladaq ki, fevralın 28-də Volodimir Zelenski Donald Trampla görüşmək üçün Ağ evə gəlib. Jurnalistlərin iştirakı ilə keçirilən söhbət zamanı onlar arasında mübahisə yaranıb. Söhbətə qarışan Vens Ukrayna dövlət başçısına Kiyevə dəstəyinə görə Vaşinqtona təşəkkür etməyi unutduğunu deyib. Nəticədə Ukrayna lideri ABŞ səfərini yarımçıq qoyub və nadir metallarla bağlı sövdələşmə iflasa uğrayıb.

Tramp Zelenskinin münaqişənin sülh yolu ilə həllini istəmədiyini və ona hörmətsizlik etdiyini də vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO