Tramp: “Elə etmək lazımdır ki, Co Bayden əlini-əlinin üstünə qoysun və heç nə etməsin!”

Tramp: “Elə etmək lazımdır ki, Co Bayden əlini-əlinin üstünə qoysun və heç nə etməsin!”

Hazırda oxunan: Tramp: “Elə etmək lazımdır ki, Co Bayden əlini-əlinin üstünə qoysun və heç nə etməsin!”

23751

Təxminən saat yarım davam edən nitqi zamanı Tramp prezident Bayden və demokratları “hədəfə alıb” və onları “tarixin ən radikal solçu rəhbərliyi” adlandırıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “The Hill” nəşri yayıb.

Mənbə yazır ki, Tramp prezident kimi çalışdığı dövrdə qazandığı bir çox uğurları da tribunadan bildirib və "dünya tarixinin ən böyük iqtisadiyyatını" Bayden rəhbərliyinə təhvil verdiyini iddia edib.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp Baydeni ittiham etdi – “ABŞ-a az dəyər verir”


“Bax, elə etmək lazımdır ki, Co Bayden əlini-əlinin üstünə qoyub otursun və heç nə etməsin. İqtisadiyyat isə cəhənnəmə doğru gedir və inflyasiya yaxın gələcəkdə fəlakətli olacaq”, deyə o bildirib.

"Bu qədər qüsurlu pozuntuların işığında respublikaçılar  seçkilərin şəffaf keçirilməsini təmin etmək üçün səsvermə islahatları həyata keçirirlər", deyə Ağ Evin sabiq sahibi əlavə edib.

Tramp çıxışını belə tamamlayıb: "Radikal solçular sevdiyimiz Amerikanı məhv etmək üçün bütün səylərini dayandırmayacaqlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO