Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi xüsusi xidmət orqanlarının əməkdaşlarının sinaqoqda və Moskva metrosunda terror aktları hazırlayan terrorçunu zərərsizləşdirdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi yazıb.
Mənbə qeyd edir ki, həmin şəxs Orta Asiya regionu ölkələrindən birində yaşayan Rusiya vətəndaşı olub.
O, Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının üzvü olub.
"Terrorçu Moskva vilayətindəki yəhudilərin dini müəssisəsində və Moskva metro stansiyalarından birində əldəqayırma partlayıcı qurğuları işə salmaq niyyətində olub", - İctimaiyyətlə Əlaqələr Mərkəzi bildirib.
Terror aktlarını törətdikdən sonra o, Əfqanıstana qaçaraq oradakı terror qruplaşmasına qoşulmağı planlaşdırıb.
“Cinayətkar saxlanılarkən Rusiya FTX əməkdaşlarına silahlı müqavimət göstərib və nəticədə cavab atəşi ilə zərərsizləşdirilib”, - qurum əlavə edib.
Bizim.Media