Zelenski: "Yaxın vaxtlarda bir sıra mühüm qərarlar açıqlanacaq"

Zelenski: "Yaxın vaxtlarda bir sıra mühüm qərarlar açıqlanacaq"

Hazırda oxunan: Zelenski: "Yaxın vaxtlarda bir sıra mühüm qərarlar açıqlanacaq"

237377

“Rusiya ilə Ukrayna arasında müharibənin tənzimlənməsi istiqamətində ədalətli sülhün əldə edilməsi üçün bir sıra qərarlar hazırlanır”.

Bizim.Media xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski Londonda beynəlxalq liderlərin iştirakı ilə Ukrayna məsələsinə həsr olunmuş sammitin yekununa dair sosial şəbəkə hesablarında söyləyib.

“Biz tərəfdaşlarımızla təhlükəsizlik təminatlarını və Ukrayna üçün ədalətli sülh üçün şərtləri müzakirə edirik. Yaxın vaxtlarda bir sıra mühüm görüşlər və qərarlar açıqlanacaq”, - deyə Zelenski əlavə edib.

Prezident daha sonra qeyd edib: “Biz Ukraynadan, xalqımızdan, əsgərlər və mülki şəxslərdən güclü dəstəyi hiss edirik. Biz bütün dostlarımıza və tərəfdaşlarımıza Ukraynaya sabit və zəmanətli sülh gətirmək üçün göstərdikləri səylərə görə təşəkkür edirik. Ümumi güc gələcəyimizi qoruya bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO