Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Londonda Avropa liderləri ilə fövqəladə zirvə toplantısından sonra Kral Çarlzla da görüşüb. Görüşün bəzi detalları haqda “The New York Times” nəşri yazıb.
Bizim.Media xəbər verir ki, qeyd edilir ki, Zelenski Londondan helikopterlə kralın malikanəsinə enib. Çarlz Ukrayna liderini özü qarşılayıb.
Məlumata görə, Kral Zelenskini ABŞ Prezidenti Donald Trampla münasibətlərini düzəltməyə çağırıb.
Xatırladaq ki, hər iki ölkənin prezidenti bir neçə gün əvvəl Ağ Evdən yayımlanan birbaşa efirdə böyük mübahisə yaşayıblar. Onarın sözlü savaşı dünya gündəminə çevrilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:32 / 02.03.2025
Kral Zelenskiyə Trampla əlaqələri düzəltməyi məsləhət gördü
Hazırda oxunan: Kral Zelenskiyə Trampla əlaqələri düzəltməyi məsləhət gördü
Hazırda oxunan: Kral Zelenskiyə Trampla əlaqələri düzəltməyi məsləhət gördü
237369
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.