Ramazan ayında toy, nişan və xınayaxdı məclisləri təşkil etmək günah sayılır? - VİDEO

Ramazan ayında toy, nişan və xınayaxdı məclisləri təşkil etmək günah sayılır? - VİDEO

Hazırda oxunan: Ramazan ayında toy, nişan və xınayaxdı məclisləri təşkil etmək günah sayılır? - VİDEO

237368

Ramazan ayı matəm yox, bayram ayıdır. Amma insanların çoxu adətən bu ayda toy-nişan məclisləri etmirlər.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, bu yazılmamış qaydaya illərdir ki, riayət olunur.

Restoran sahibləri isə deyirlər ki, ötən illərlə müqayisədə bu il məclis üçün müraciət edənlərin sayı artıb. Onların sözlərinə görə, hələ ki toy etmək istəyənlər olmasa da, nişan və xınayaxdı məclisləri çoxdur.
 

Müraciətlərin artmasına səbəb həm də orucluğun soyuq havalara təsadüf etməsidir. Çünki iftar vaxtı saat 18-19 radələrində olduğuna görə məclis sahibinə uyğundur.


İlahiyyatçılar isə deyirlər ki, Ramazan ayında toy, nişan və xınayaxdı məclisləri təşkil etmək İslam dinində günah sayılmır.

İlahiyyatçılara görə, Ramazan ayında toyların spirtli içki olmadan baş tutması məqsədəuyğun sayılır.

Ətraflı süjetdə:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO