Güləş əfsanəsi öldü: Zəhərləyiblər?

Güləş əfsanəsi öldü: Zəhərləyiblər?

Hazırda oxunan: Güləş əfsanəsi öldü: Zəhərləyiblər?

237363

Rusiyalı güləş əfsanəsi Buvaysar Saytiyev dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, ağciyər xəstəliyindən əziyyət çəkən sərbəst güləş üzrə üçqat olimpiya çempionu 49 yaşında vəfat edib. Onun 9 gün sonra 50 yaşı tamam olacaqdı.

Saytiev Moskva xəstəxanalarından birində dünyasını dəyişib. O, zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib, ölümünün səbəbinin ürəyinin dayanması olduğu təxmin edilir:

"O, evinin həyətində olarkən özünü pis hiss edib. Əvvəlcə onun köməyinə xidmətçi, daha sonra təcili yardım çağıran ev sahibi gəlib. Bir neçə saatdan sonra Saytiyev xəstəxanada dünyasını dəyişib".

Qeyd edək ki, Buvaysar Saytiyev 3 qat olimpiya, 6 qat dünya, 6 qat avropa çempionu idi. (Offsideplus.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO